Səməd Seyidov AŞPA-nın komitə iclasına gedirbackend

Səməd Seyidov AŞPA-nın komitə iclasına gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdən İnterpress.az-a verilən məlumata görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirlərdə terrordan əziyyət çəkənlərin qorunması, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri, Ukraynaya, Türkiyəyə və Ermənistana fakt araşdırıcı missiyaların səfərlərinin yekunları, Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi, cari ilin aprel sessiyasının gündəliyi, 2018-ci ilin sentyabrında Ankarada keçiriləcək Parlament Sədrlərinin Avropa Konfransı və digər mövzularda müzakirələr aparılacaqdır.

S.Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəkdir. Səfər martın 17-də başa çatacaqdır.

İnterpress.az