Ərdoğan: Bunların gözü almaz görür, qızıl görür, neft görür…backend

Ərdoğan: Bunların gözü almaz görür, qızıl görür, neft görür…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Siyasət Akademiyasının açılışında çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, heç vaxt dəyişməyən və dəyişməyəcək olan qaydalar da prinsiplər də vardır:

“Məsələn, İslamın son din olduğu heç vaxt dəyişməyəcək bir həqiqətdir. Buna uca Rəbbimiz Özü vəd verir. Uca Allahın Qurani-Kərim vasitəsilə bizə bildirdiyi əmrlər və Peyğəmbər Əfəndimizin sünnəti olduğu halda, kiminsə bizə həyat həqiqətlərini danışmasına haqqı yoxdur. Peyğəmbər əfəndimiz, asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin buyurub”.

Türkiyə Prezidenti “Zeytun dalı” əməliyyatından da danışıb. O qeyd edib ki, “Zeytun dalı” hərəkatında bu günə qədər 3171 terrorçu zərərsizləşdirilib: “Eyni zamanda, Afrin bizim qüvvələr tərəfindən mühasirəyə alınıb. Hər an Afrinin mərkəzinə daxil ola bilərik. Biz o torpaqlara işğal üçün daxil olmamışıq. Biz yalnız işğal etmək istəyənlərdən o torpaqları təmizləmək istəyirik. Biz bu günə qədər 815 kvadrat kilometrlik bir ərazini işğalçılardan təmizləmişik. Biz bu əməliyyatları başlayarkən kiməsədən icazə almadığımız kimi, buradakı əməliyyatları da kimsəyə boyun əymədən sona çatdıracağıq”.

Ə.T.Ərdoğan bildirib ki, dini söhbətlər barədə çıxış etmək səlahiyyəti olmasa da, vətəndaşlıq borcudur: “Bu mövzuda çıxış etmək səlahiyyəti mənim deyil. Mən Diyanət İşləri başçısı deyiləm. Amma ölkənin Prezidenti olaraq və bir müsəlman olaraq, öz fikirlərimi sizinlə bölüşmək azadlığım var”.

\”Əlcəzairdə 5 milyon insanı öldürdülər bunlar. Bu Qərbin peşəsinə çevrilib artıq. Ruandada da, Liviyada da öldürdülər. Həmişə bu qırğınları bunlar edir. Bunların gözü almaz görür, qızıl görür, neft görür. Onların gözləri bir adam görməyəcək” – deyə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi bu cür addımlar atdığına görə qınayıb.

İnterpress.az