Daha bir deputat müxalifəti həmrəyliyə çağırdıbackend

Daha bir deputat müxalifəti həmrəyliyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, professor Fəzail İbrahimli bildirib.

F.İbrahimli deyib ki, Azərbaycanda vətəndaş müharibəsi yaratmaq istəyən xain qüvvələr mövcuddur:

“Bu gün bizim ən böyük problemlərimizdən biri müxalifət-iqtidar münasibətləri ilə bağlıdır. Əslində, müxalifət və iqtidar arasında mövcud olan münasibətlər dövlət maraqlarına ziyan vurmamalıdır. Misal üçün, ABŞ-da demokratlar və respublikaçılar partiyaları mövcuddur. Seçkilərdə kim uduzursa, gedib qalibin əlini sıxıb uğurlar arzu edir. Mən də çox arzu edirəm ki, Azərbaycanda da bu cür siyasi davranış olsun”.

Xaricdə fəaliyyət göstərən bir qrup müxalifətçinin Azərbaycan əleyhinə apardığı kampaniyalara da toxunan deputat qeyd edib ki, indiki qarşıdurma normal siyasi çərçivələrdən çıxıb:

“Baş verən bu qarşıdurma müxalifət-iqtidar qarşıdurması deyil. Bu, qırmızı xətti keçmiş münasibətdir. Baş verən bu cür hadisələr bizim dünya dövlətləri arasında mövqeyimizə zərər vurur, imicimizə xələl gətirir. Biz mütləq müsəlman dünyasına nəzər salmalıyıq. Görməliyik ki, bu gün Suriyada, İraqda, Yəməndə, Türkiyədə, İranda və digər ölkələrdə hansı hadisələr baş verir. Bəs bütün bunlar nədən qaynaqlanır? Həmin dövlətlərin arasında Azərbaycan çox sabit ölkə hesab olunur. Ona görə də mən insanlarımızı sülhə, sabitliyin qorunmasına, demokratiyaya, vətəndaş həmrəyliyinə, bütün müxalifət partiyalarını da qarşıdurmaya son verməyə çağırıram. Mən hər zaman da ədalətin, sülhün, vətəndaş həmrəyliyinin yanında olmuşam. Ona görə də Siyavuş Novruzovun müxalifətə ünvanladığı müraciətinə çox müsbət baxıram. Hesab edirəm ki, bu təkcə siyasi partiya funksionerinin deyil, bütövlükdə dövlətin kursuna çevrilsin”.

İnterpress.az