Azərbaycanlı transseksual öldürüldü – FOTObackend

Azərbaycanlı transseksual öldürüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Femida.az-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında İstanbuldakı otellərin birində baş verib.

Belə ki, \”Kristina\” ləqəbli transseksual Ramil Əliyev tanış olduğu İran İslam Respublikasının vətəndaşı Aşkan Kazemi ilə birlikdə intim əlaqə üçün otelə gedib. A. Kazemi oteldə onun kişi olduğunu görüncə, oranı tərk etməsini tələb edib. Bundan sonra aralarında mübahisə düşüb və A.Kazemi ona bir neçə bıçaq zərbəsi endirərək qətlə yetirib.

İranlı A.Kazemi hadisə yerindən qaçsa da, tutulub.

Transseksualın meyiti isə müraciət edən yaxınlarına təhvil veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, qətlə yetirilən transseksual bir neçə il bundan əvvəl hücuma məruz qalmışdı.

Azərbaycanlı transseksual öldürüldü - FOTO

İnterpress.az