Sabir Rüstəmxanlıdan Vidadi İsgəndərli qalmaqalına reaksiya – “Belə mübarizə aparmazlar”backend

Sabir Rüstəmxanlıdan Vidadi İsgəndərli qalmaqalına reaksiya – “Belə mübarizə aparmazlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sabiq deputat S. Novruzovun bu vaxta kimi hansısa siyasətçinin aləsini və ailə üzvünü təhqir edib-etmədiyi barədə də suala cavabında, birbaşa ona münasibətdə həmişə ədəb-ərkan qaydalarını qoruduğunu deyib: \”YAP-çılar da həmçinin birbaşa əleyhimə söz deməyiblər. Ancaq YAP-çı məmurların əlinin altında çoxsaylı media orqanları var. Həm vaxtilə, həm də indinin özündə müxalifətin, hətta bəzən də millətin siyasi mədəniyyətindən uzaq yazılar yazılmaqdadır.

Siyavuş Novruzovla uzun illər Milli Məclisdə bir yerdə olmuşuq. Onun hər cür çıxışlarını, xüsusilə də müxalifət əleyhinə qəzəbli çıxışlarını eşitmişəm. Bəzən hətta özünün şəxsi mövqeyini yox, partiyanın mövqeyini ifadə edən məcburi çıxışlarını da dinləmişəm. O, bağlı olduğu düşərgənin mövqeyini ardıcıl olaraq müdafiə edən deputatlardan biridir. Ancaq iqtidara bağlı olan işini gördüyünə görə ona normal münasibətim olub. Hər halda iqtidarın haqlı-haqsız mövqeyini müdafiə edib. İllər uzunu Siyavuşun özünə qarşı da çox sərt çıxışlarım olub. Amma ondan tərbiyəsiz, ölçü-biçidən kənar söz eşitməmişəm. Özündən yaşlılara qarşı ədəbini qoruyub. Buna görə də ona sayğı ilə yanaşıram”.

VHP sədrinin sözlərinə görə, burada söhbət Vidadidən, onun meydanda olub olmamasından, siyasətə nə zaman başlamasından getmir: \”O, ölkədə nədənsə narazıdır, Azərbaycanı tərk edib, iqtidarın siyasətini qəbul etmir. Bu onun siyasi mövqeyidir. Ancaq əsas problem bunlar deyil. Heç kimin özünə, müxalifətçi mövqeyinə görə evini, ocağını, ailə üzvlərini, qəbrini təhqir etməzlər. Deyək ki, bəzi müxalifətçilər əxlaq çərçivələrindən kənar danışırlar, başqa yol tapa bilmirlər. Mən bunu da qəbul etmir və millətimizə bu cür mübarizə üsullarını yaraşdırmıram.

Tənqid ədəb-ərkan daxilində olmalıdır. Bəyənsən də, bəyənməsən də dövlətin məclisi, prezidenti var. Onlar təhqir olunmamalıdır. Xaricdə siyasi mədəniyyətimizi və ölkənin ləyaqətini qorumalıyıq.

Buna görə də uşaq kimi cığallıq edib onların ailələrinə təzyiq göstərmək, qohumlarını işdən çıxartmaq, qohumluqdan imtina etdirmək cəhalətdir. Bu heç bir dövlət orqanına, ciddi iqtidara yaraşan hal deyil. Belə şeylər olmasın. Bunlar hakimiyyətin ciddiyyətini şübhə altına salır.

Birini incidib beşini də onun dalınca göndərmək olmaz. Bu vətəndaşa hücumdur. Vətəndaş olmasa vətən, dövlət və onu idarə edən məmur da olmaz.

Azərbaycan əxlaqında indiyə kimi məzarı təhqir etmək olmayıb. Bizim dədələrimiz düşmənçiliyi də mərd- mərdanə ediblər. Ölünü, böyüyü-kiçiyi bu işə qarışdırmayıblar. Bu gün nə edəcəksənsə, sabah da sənin qarşına çıxacaq”. ( bakupost.az )

İnterpress.az