“Aqil Ələsgər uzun müddət təqiblərə məruz qalıb, mübarizə aparıb”- Əli Həsənov baş redaktorun çıxışı barədəbackend

“Aqil Ələsgər uzun müddət təqiblərə məruz qalıb, mübarizə aparıb”- Əli Həsənov baş redaktorun çıxışı barədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Əli Həsənov onu təbrik edən hər kəsə təşəkkür edib:

“Mənim haqqımda deyilən xoş sözləri hakimiyyətin ünvanına deyilmiş kimi qəbul edirəm. Burada səsvermə keçirildi. Bunun haqqında mənfi fikir söyləyənlər də olacaq. Ancaq onlara fikir verməyin. Onlara Azərbaycan jurnalisti kimi cavab verin. Mən sizi özünüz kimi olmağa çağırıram. Heç bir kənar təsir altına düşməyin”.

Mətbuat Şurasının yeni seçiləcək sədri haqqında danışan Əli Həsənov qeyd edib ki, Mətbuat Şurasının yeni sədri ilə dövlət işləyəcək:

“Bu gün Mətbuat Şurasının sədri seçiləcək. Səsvermə keçirildi. Yeni sədrin kimliyindən asılı olmayaraq, hakimiyyət onunla işləyəcək. Çünki o sədr siz jurnalistləri təmsil edir. Buradan üzümü müxalifət partiyalarına tuturam. Elə partiyalar var ki, onların haradan maliyyələşdiyini heç kim bilmir. Çox gözəl yaşayırlar, övladları xaricdə təhsil alır. Onlar parlamentdə mandat alan, dövlət tərəfindən pul ayrılan partiyaları ittiham edirlər. Bu, doğru deyil. Siz də onlara qarşı çıxmalısınız”.

Aqil Ələsgərin səsləndirdiyi milli dəyərlərin qorunması üçün Mətbuat Şurasına edilən təklif haqqında isə Əli Həsənov bunları qeyd etdi:

“Aqil Ələsgər uzun müddət təqiblərə məruz qalıb, mübarizə aparıb. Son zamanlar səsini çox yaxşı mənada ucaldıb. O, bildirdi ki, milli mənəviyyatımızı qorumalıyıq. Bu fikir çox dəyərlidir. Ana dilimizin saflığını pozurlar. Bəli, Mətbuat Şurası buna qarşı olmalıdır. Bununla bağlı ciddi iş görülməlidir. Xahiş edirəm, qarşıdan gələn fəaliyyətinizdə Aqil Ələsgərin təklifini diqqətdə saxlayasınız”.

Reket jurnalistika ilə bağlı danışan Əli Həsənov deyib ki, bundan danışanda ürəyim ağrıyır:

“Mənim haqqımda da Prezident Administrasiyasına şikayətlər edilir ki, mən onların çörəyini kəsirəm. Mən heç kimin çörəyini kəsmirəm, sadəcə olaraq, onları doğru yola çağırıram. Reket jurnalistlərin çoxu istedadlıdır. Onlar elə yerdən tuturlar ki, məmurun pul verməkdən başqa çarəsi qalmır. Biz onları doğru yola səsləyirik”.

İnterpress.az