Cəlilabadda sükan arxasında insult keçirən sürücü ağır qəza törətdibackend

Cəlilabadda sükan arxasında insult keçirən sürücü ağır qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, 54 yaşlı Sərxan Fətəliyevin idarə etdiyi avtomobil yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə, avtomaşın yararsız hala düşüb. Sürücü isə ağır xəsarətlər alıb.

O, dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb kimi sürücünün sükan arxasında insult keçirdiyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az