Partiya sədri- Seçici olsaydım, İlham Əliyevə səs verərdim-AÇIQLAMAbackend

Partiya sədri- Seçici olsaydım, İlham Əliyevə səs verərdim-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən, əgər, Müasir Müsavat Partiyasının sədri olmasaydım, seçici olsaydım, Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyevə səs verərdim”.

Bunu İnterpress-az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
H.Hacıyev Prezident İlham Əliyevin yürütdüyü siyasəti bəyəndiyini bildirib: “Amma hazırda prezidentliyə namizəd olduğum üçün özüm Azərbaycanın Prezidenti olmaq istəyirəm. Mən Azərbaycanda bütün hakimiyyətlərin dövründə yüksək vəzifələrdə çalışmış bir şəxsəm. Demək istəyirəm ki, Azərbaycanın bütün başçılarının siyasətinə bələdəm. Prezident İlham Əliyevi çevik siyasət yürütdüyünə görə, bəyənirəm. Doğrudur, ətrafında bəzi şəxslər pisdir, rüşvətxordur. Onlar çörək qədri bilməyənlərdir. Qaçıb gizləniblər İlham Əliyev tək qalıb. İlham Əliyev sadə bir insandır, demokratikdir. Millətini sevən bir şəxsdir. İlham Əliyev Azərbaycan xalqı üçün, xalqın rifahı üçün hər şeyi təkbaşına özü edir”.

İnterpress.az
Səid Qərib