Adriana Limanın qızı olacaqbackend

Adriana Limanın qızı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lərdən biri məlumat yayıb.

Modelin hamilə olduğu, hətta övladının cinsiyyəti haqda da məlumat yayılıb.

Belə ki, ötən gün kafelərdən birindən çıxarkən görüntülənən sənətçi Onur Akay jurnalistlərin “Siz həmişə pis xəbərlər verəcəksiz?” sualına belə cavab verib:

“Xeyr, bu dəfə sizə 2 yaxşı xəbərim var. Birincisi, müğənni Banu Parlak 2 aylıq hamilədir. İkincisi, Metin və Adriana cütlüyünün qızı olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl ingilis mediası cütlüyün ayrılıq xəbərini yazmışdı. Lakin Metin İnstaqramında paylaşım edərək, bunun yalan olduğunu bildirib.

Xatırladaq ki, Limanın Valentina və Sienna adlı iki qız övladı var və o, Metindən də hamilə qalmaq istədiyini ətrafından gizlətməyib.

İnterpress.az