Cəvahir Əhmədova: “Özünüzü ağalarınıza acındırmaq üçün Azərbaycan qadınını…”backend

Cəvahir Əhmədova: “Özünüzü ağalarınıza acındırmaq üçün Azərbaycan qadınını…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, haqqin.az saytının rəhbəri Eynulla Fətullayevin Hollandiyanın paytaxtı Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayındakı çıxışında Azərbaycan xalqını təhqir etməsinə Türkiyədə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin sədri Cəvahir Əhmədova da reaksiya verib.

İnterpress.az saytına açıqlama verən Cəvahir Əhmədova Eynulla Fətullayevi sərt şəkildə tənqid edib.

Dünyanın hansı yerində yaşamağımdan asılı olmayaraq Azərbaycan qadını olduğum üçün fəxr edirəm. Mədəniyyəti ,namusu,isməti,abır-həyası ilə seçilən, tarix boyu dəsti-xətti olan şərəfli Azərbaycan qadınının adını daşımaq hər ölkənin qadınına nəsib olan xoşbəxtlik deyil. Azerbaycan qadını yeri gəldiyində evinin xanımı,yeri gəldiyində ərinin,oğlunun,atasının arxasında bir dağ kimi duran cəngavərdir.Tarix boyu nə mayasına,nə də südünə haram qatmayıb. Yüzillərlə düşmən işğalı altında yaşasa da, atasının evində qız qarımış, lakin dini, dili fərqli olan kişi ilə evlənməyib. Elmi, savadı və ağlı ilə tarixə imzasını atmış Fatmanisələr,Tükəzbanlar qəhrəman oğullar böyüdüb, tərbiyə ediblər.

Avropanın, Amerikanın qapısında boynunu büküb, burnunun suyunu axıdanlar, toprağımız düşmən tapdağı altında inləyir. Qız-gəlinlərimiz nökərçiliyini etdiyiniz, sizə hava verən ağalarınızın dəstəyinə güvənən düşmənin əlindədir. “Cuşka\” dediyiniz, bəyənmədiyiniz bir Azerbaycan qadınının oğlusunuz, ərisiniz. Sizi dünyaya gətirən, əziyyətinizi çəkən ananınıza hörmətiniz yoxdur. Qoynuna girdiyiniz, namusum deyib bağrınıza basdığınız qadınınıza hörmətiniz yoxdur. Nə üçün bilirsinizmi? Onlar da bəyənmədiyiniz, lağ etdiyiniz o, “cuşka”ların içindədir. Heyif sizə verilən əməyə, yediyiniz çörəyə, əmdiyiniz südə. Bəlkə də sizləri dünyaya gətirən o analarınız Mübarizlərin, Fəridlərin, Ramillərin analarına həsəd aparır. Sizdən bir tələbim var. Özünüzü ağalarınıza acındırmaq üçün Azərbaycan qadınını o üfunet iyi verən ağzınıza almayın. Azərbaycan qadınının şərəfi, namusu sizlərə qalmayıb. Kiminlə evlənəcəklərini kimdən soruşmaq lazımdı gözəl bilirlər.

İnterpress.az