“Əgər, onlar Azərbaycan xalqından üzr istəsələr…” – Millət vəkilibackend

“Əgər, onlar Azərbaycan xalqından üzr istəsələr…” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xaricdə yaşayaraq Azərbaycan əleyhinə, dövlətçiliyimizə qarşı çıxışlar edən şəxslərin mübarizəsi normal mübarizə deyil. Onların mübarizəsi Azərbaycana, Azərbaycan xalqına və milli dəyərlərimizə qarşı olan mübarizədir. Onların etdiyi bu hərəkətlər çox yaramazlar hərəkətlərdir”.

Bu fikirləri xaricdə yaşayaraq Azərbaycan əleyhinə kompaniyalar aparan şəxslər haqqında İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, kimin içində nə varsa, ortaya çıxarır: “Həmin şəxslər elə də çox deyil, tək-tükdür. Buna görə də, onlar dövlətçiliyinə dəyər verən, vətəninə bağlı olan, dəyərlərinə sahib çıxan Azərbaycan xalqına heç bir zaman qalib gələ bilməzlər. Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, amma vətəninə qarşı müxalifətdə olmaq artıq xainlikdir”.

A.Mirəzadə dövlətçiliyimiz əleyhinə çıxışlar edən, Azərbaycan xalqına ləkə gətirən Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və digər şəxslərə müraciət edib: “Belə bir deyim var: “Danış, sənin kim olduğunu deyim”. Leksikonu söyüşlə, təhqirlə dolu olan insanlara, məncə, heç bir əhəmiyyət vermək lazım deyil. Ar olsun, siz xainlərə. Onlara demək istəyirəm ki, çox heyf ki, bizim millətin nümayəndələridirlər. Heç bir halda, Azərbaycan xalqı onları özünün nümayəndəsi saymaz. Ona görə ki, onlar azərbaycanlıya xas olmayan tərzdə özlərini cəmiyyətə təqdim edirlər. Kimlərinsə maddi dəstəyi ilə onlar bu gün bu çirkin rolu öz vücudları ilə canlandırırlar”.

Milıət vəkili, həmçinin, bu cür şəxslərin Azərbaycan xalqından üzr istədikləri və “siyasi tövbə” etdikləri halda, hakimiyyətin onlara olan münasibətinin dəyişib-dəyişməyəcəyindən də danışıb: “Bunlar artıq düzələn deyil. Yəni, bunlar göründüyü kimidirlər. Onların düzəlməsi qeyri-mümkündür. Çünki, onlar özləri də bilir ki, Azərbaycan cəmiyyəti onlar özlərindən hesab etmir. Azərbaycanda hadisələr iki yolla – mənəvi və hüquqi qanunlarla tənzimlənir. Onların səhv etdiklərini başa düşüb, Azərbaycan xalqından üzr istəmələrinə inanmıram. Şəxsiyyəti olan insan bu səviyyəyə düşməz. Bu səviyyəyə düşəndən sonra üzr istəməsi inandırıcı deyil. Amma hər halda, tövbə edərlərsə, bundan sonrakı həyatları ilə səmimi olub olmadıqlarını etiraf etmiş olarlar. Hər halda, bütün bunları gələcək göstərər. Həyat onlarsız da mövcuddur. Azərbaycan xalqı bu gün onlarsız da öz varlıqlarını, öz dəyərlərini qoruyub saxlayır, müasirləşir, inkişaf edir və dünyanın bu gün maraq göstərdiyi bir ölkəyə çevrilir\”.

“Əgər, onlar Azərbaycan xalqından, Azərbaycan hakimiyyətindən üzr istəsələr, nəzərə alaram ki, onlar bu addımı atdılar. Amma əsas odur ki, onlar yenə də əqidələrindən dönəcəklər yoxsa, yox. Əgər, üzr istəyib sonra yenə Azərbaycan xalqına qarşı kompaniyaları təkrarlasalar, mən o zaman düşünərəm ki, bunlar doğrudanmı insandır?” – deyə, millət vəkili Aydın Mirzəzadə deyib.

İnterpress.az