Azərbaycanın nüfuzlu diaspor təşkilatları birləşirlərbackend

Azərbaycanın nüfuzlu diaspor təşkilatları birləşirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda İnterpress.az-a DAA-dan bildirilib.

Məlumatda qeyd edilib ki, görüşdə dünyada mövcud olan Azərbaycan təşkilatlarının fəaliyyəti, Azərbaycanın tanıdılması istiqamətində görülən və görüləcək işlər müzakirə edilib.

Müzakirənin sonunda mühüm qərar qəbul edilib. Belə ki, hər iki təşkilat arasında birlik haqqında razılaşma əldə olunub və ilkin razılıq olaraq qurultayın sentyabr ayında Almaniyanın Köln şəhərindəkeçirilməsi qərara alınıb.

Qeyd edək ki , bu günlərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlar da birgə bəyanat yayaraq birlik qurultayını dəstəkləyəcəklərini bəyan ediblər.

Məlumatda daha sonra qeyd edilib ki, birlik qurultayına ilk dəsətəklər də artıq var.

Belə ki , Beynəlxalq Diaspora Mərkəzi , Yaxın Şərq Azərbaycanlıları Konqresi də bu məsələni rəsmi qurumlarında müzakirə edərək birlik qurultayı ideyasına dəstək verəcəklərini bəyan ediblər.

Yaxın günlərdə Fizuli Məmmədovun rəhbərlik etdiyi Dünya Azərbaycanlıları İttifaqının Ümumi Şurası da birlik qurultayı ilə bağlı mövqeyini müzakirələrdən sonra açıqlayacağı gözlənilir.

Azərbaycanın nüfuzlu diaspor təşkilatları birləşirlər

İnterpress.az