Sumqayıtda növbəti yol qəzası – 2 nəfər dünyasını dəyişibbackend

Sumqayıtda növbəti yol qəzası – 2 nəfər dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a məlumat verilib.

Məlumatda deyilir ki, martın 12-də saat 2 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi “Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi “OKA” markalı avtomobillər toqquşub.

Nəticədə E.Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

İnterpress.az