Sürücünü döyüb avtomobilini oğurladılarbackend

Sürücünü döyüb avtomobilini oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da Yevlax şəhərində rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilinə sərnişin qismində oturmuş naməlum şəxslər onu döyüb avtomobildən düşürərək qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk ediblər.

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində daş hasara vurulmuş vəziyyətdə tapılıb.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Emin İsmayılov və Əli Bayramov saxlanılıblar.

İnterpress.az