Leonid Slutski Hollandiya komandasının baş məşqçisi təyin olunubbackend

Leonid Slutski Hollandiya komandasının baş məşqçisi təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanılıb. O, işinin icrasına cari mövsüm başa çatdıqdan sonra başlayacaq. Slutski Hollandiyada işləyəcək ilk rusiyalı məşqçi olacaq.

Qeyd edək ki, Erediviziyada çıxış edən “Vitess” 27 turdan sonra 41 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın hazırki baş məşqçisi Henk Freyzer cari mövsümün yekununda postunu tərk edəcək. Son iş yeri İngiltərə “Hall Siti”si olan Slutski karyerası ərzində Rusiyanın müxtəlif komandalarına, o cümlədən Moskva MOİK-inə rəhbərlik edib. (report)

İnterpress.az