İranda qəzaya uğrayan Türkiyə təyyarəsinin görüntüləri yayıldı – FOTObackend

İranda qəzaya uğrayan Türkiyə təyyarəsinin görüntüləri yayıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Avropa.info-a istinadən xəbər verir ki, Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin yaydığı məlumata görə, BƏƏ-nin Şarja OMSJ aeroportunda İstanbula uçmaq üçün havaya qalxan “TC-TRB nişanlı “Canadair CL-600” tipli özəl təyyarə dünən 18:40-da İsfahan şəhərinin 80 mil cənubunda qəzaya uğrayıb.

İran Mülki Hava Nəqliyyatı Baş İdarəsi və İran Xilasetmə Koordinasiya Mərkəzi rəsmilərinin verdiyi açıqlamada xilasetmə komandasının hadisə yerinə getdiyi bildirilib.

İSNA agentliyinin verdiyi məlumata görə, iranlı tələbələr qəzada həyatını itirən 7 nəfərin cəsədini vertolyotlarla dağdan endiriblər.

İranda qəzaya uğrayan Türkiyə təyyarəsinin görüntüləri yayıldı – FOTO

İranda qəzaya uğrayan Türkiyə təyyarəsinin görüntüləri yayıldı – FOTO

İnterpress.az