Dinc sakinlər Afrini tərk etməyə başladı – GÖRÜNTÜLƏRbackend

Dinc sakinlər Afrini tərk etməyə başladı – GÖRÜNTÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb. Azad Suriya Ordusu (ASO) döyüşçüləri hərbçilərin dəstəyi ilə irəliləməkdə davam edir.

Hücum nəticəsində bölgədə PYD/YPG terrorçularına məxsus təlim düşərgəsi nəzarətə götürülüb.

TSQ və ASO döyüşçülərinin indiki mövqeyi Afrinlə güllə məsafəsindədir. Şəhər ətrafında daha bir kənd – Halidiyə terrorçulardan azad olunub.

Bu arada dinc sakinlər Afrini tərk etməyə başlayıb. Şəhərdən ucu-bucağı görünməyən maşın karvanları çıxır.

Xatırladaq ki, TSQ üç tərəfdən mühasirədə saxladığı Afrinin cənub istiqamətindən dinc sakinlərin çıxması üçün şərait yaradıb.

İnterpress.azhttps://youtube.com/watch?v=341B8Oy3q0Y