Politoloq: “ABŞ məqsədinə nail olmaq üçün Türkiyəni hədəfə çevirib”backend

Politoloq: “ABŞ məqsədinə nail olmaq üçün Türkiyəni hədəfə çevirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin Suriya məsələsindəki qərarlılığına görə ABŞ geri addım atacaq”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə Afrin əməliyyatı ilə daha da gərginləşən Türkiyə-ABŞ münasibətlərini şərh edərkən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
“Çünki Türkiyə istəklərində haqlıdır. ABŞ terrorçu qruplara dəstək versə də, sonda Türkiyə ilə razılığa gəlməli olacaq. Digər tərəfdən düşünürəm ki, bu proseslərdə əsas hədəf Türkiyə deyil, İrandır. ABŞ məqsədinə nail olmaq üçün daha çox Türkiyəni hədəf götürmüş oldu”, — deyə o bildirib.

İnterpress.az