Ermənilərin Qarabağda apardığı 60 minlik qazıntı – AMEA niyə susur?backend

Ermənilərin Qarabağda apardığı 60 minlik qazıntı – AMEA niyə susur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov işğal olunmuş Dağlıq Qarabağ ərazilərində ermənilərin apardığı arxeoloji qazıntılarla bağlı sosial şəbəkədə yazı paylaşıb.

S.Hüseynov yazıda illərdir ermənilərin Azərbaycan torpaqlarında tədqiqat işləri apardığı halda Arxeologiya və Etnoqrafiya İnstitunun susduğu qeyd edib. O, bu məsələ ilə bağlı çağırışlara əhəmiyyət verməyən Arxeologiya və Etnoqrafiya İnstitutunu biganəlikdə günahlandırıb:“Son dövrdə Qarabağda ermənilərin qanunsuz apardıqları arxeoloji qazıntılarına cavab olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun son dövrün tədqiqatlarına dair qazıntı və ya tədbir görülməsini çüşahidə etdinizmi? Gördünüzmü ki, ermənilərin əl ayağını yığışdırıb yerlərində oturmalarına və Azərbaycana qarşı riyakar mübarizə aparmalarına tutarlı bir cavab verilsin? Bu statusu, elə belə boşuna yazmıram. Hər halda, Virtual Qarabağ Tarixi Muzeyi layihəsinin üzərində işləyərkən Azərbaycanın muzeylərində qorunan Qarabağla bağlı bütün eksponantların üzərində işlədik. Sovet dönəmində, Azərbaycan arxeoloqlarının apardıqları arxeoloji qazıntlıları bir qrup gənclərlə bir yerdə virtual muzeydə toplayıb onların bizim gənclər arasında tanınması üçün gecə gündüz çalışdıq. Bəs siz, Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinin hansisa arxeoloji qazıntı ilə baqli qəfil mətbuat konfransı çağırıb erməni riyakarlığına qarşı cavab verdiyini gördünüzmü? Belə bir hadisə yadınıza gəlirmi? Təbii ki, yox… Çünki, Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinin başı öz riyakarlığına qarışıb. Bu günə qədər hansı bir qazıntı gördük ki, biz bu qazıntı ilə ermənilərə cavab verə bildik?”.

S.Hüseynov iki il əvvəl Qondarma Dağlıq Qarabağ Respublikasında qanunsuz aparılan arxeoloji qazıntılara sərf olunan vəsaitin rəqəmlərini də açıqlayıb: “İnternetdə bir çox axtarışlar etdim. Nəticə mənim üçün gözlənilməz oldu. 2015-ci ildə cəmi 60 min manat dəyərində bir arxeoloji qazıntı ilə ermənilərin bizə vurduğu zərbənin çəkisini təsəvvür etmək mümkün deyildi. Bəs, həmin dövrdə Azərbaycanda arxeologiyaya maliyyə ayrılmırdı? Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə arxeoloji qazıntılara ayrılan maliyyə rəqəmlərinə baxsaq, ermənilərin bu qazıntı məbləğindən 40 dəfə çox idi. Bəs, nəticə…? Təəssüf ki, nəticəni gözlədiyimiz yerdə cavab yenə ermənilərdən gəldi. Rusiyalı bloqqerlər Tərtər rayonunun işğal altında olan hissəsində aparılan arxeoloji qazıntılardan fotolar paylaşdılar. Fotoları paylaşıram… informasiya müharibəsində bu institut hələ də öz sözünü deyə bilmir. Səbəb nədi…?”

İnterpress.az

Ermənilərin Qarabağda apardığı 60 minlik qazıntı – AMEA niyə susur?

Ermənilərin Qarabağda apardığı 60 minlik qazıntı – AMEA niyə susur?

Ermənilərin Qarabağda apardığı 60 minlik qazıntı – AMEA niyə susur?

Ermənilərin Qarabağda apardığı 60 minlik qazıntı – AMEA niyə susur?