Prezident təqaüdçüsü Mikayıl Müşviqi təhqir edib – FOTObackend

Prezident təqaüdçüsü Mikayıl Müşviqi təhqir edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki özünü şair kimi təqdim edən Elşad Barat Azərbaycanın unudulmaz şəxsiyyətlərindən biri olan Mikayıl Müşviqi təhqir edib.

O, M.Müşviqi mənasız adam olmaqda ittiham edib: “Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm. Onun bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması, təsadüfdür. Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə, çox “qıjı” düşüncənin adamı olub. Düşüncəsi 15 yaşlı qaqaşın düşüncəsindən aşağıymış. Mənə elə gəlir ki, onun bütün şeirləri, mənim bir şeirimə dəyməz. Sadəcə, o nakam ölüb deyə, caamatın ona yazığı gəlir”.

Qeyd edək ki, E.Barat Prezident təqaüdçüsüdür. Prezident İlham Əliyev Azərbaycanın dahi şairlərindən biri olan M.Müşviqin ehtiramla yad olunması üçün dəfələrlə göstəriş verib. Ötən ilin əvvəlində M.Müşviqin heykəlinin sökülməsindən sonra İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq vermişdi.

İnterpress.az

Prezident təqaüdçüsü Mikayıl Müşviqi təhqir edib - FOTO