Bakı Bəyannaməsi qəbul olunacaq – Azay Quliyevdən ANONSbackend

Bakı Bəyannaməsi qəbul olunacaq – Azay Quliyevdən ANONS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, konfransın moderatoru ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev tədbirin Milli Məclisin ev sahibliyi ilə keçirildiyini öildirib.
A. Quliyev tədbirdə ATƏT PA-nın sədri Georgi Tsereteli, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajoviç, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustan xarici işlər naziri, Monqolustanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Soqbatar Damdin, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mirçea Çiopraqa və Çinin Azərbaycandakı səfiri Vey Cinhuanın iştirak etdiyini nəzərə çatdırıb.

A. Quliyev ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunda iştirak edən 22 dövlətə təşəkkür edib. O, Azərbaycanın təşəbbüsü ilə yaradılan İpək Yoluna Dəstək Qrupunda 22 dövlətin iştirak etməsini önqəmli sayıb:

\”Bu layhə gerçəkləşərsə, ölkələr arasında iqtisadi və mədəni əlaqələr inkişaf edəcək. Məhz bu amil tədbir iştirakçılarını İpək Yolu vasitəsi ilə Asiya və Avropanı birləşdirən ən qısa yol olan Azərbaycana gətirib. İnanram ki, bu konfrans yeni ideyalara, Qrupun strategiyasının formalaşmasına töhfə verəcək. Beynəlxalq Konfransda Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulub. Nümayəndə heyətləri Bəyannamə ilə bağlı təkliflərini təqdim edə bilərlər”. (modern.az)

İnterpress.az