Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Suxumidə azərbaycanlı qadın öldürüldü

Suxuminin Ayiayir prospektində Gülgəz Məmmədova adlı gənc ana qətlə yetirilib.

Dərc edilib: 13 mart 2018 [11:59]
Baxış sayı: 8419

İnterpress.az xəbər verir ki, bu barədə qondarma respublikanın daxili işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qatilin Viktor Canba adlı şəxs olduğu və onun cinayəti törətdikdən sonra könüllü olaraq polisə təslim olduğu bildirilir.

Hüquq mühafizə orqanları əməkdaşları qətl yerində 7.62 kalibrli Kalaşnikov avtomatı və açılmış güllə gilizləri aşkarlayıb.

Cinayətkara qarşı Suxumi prokurorluğunda “adamöldürmə” və “odlu silahın qanunsuz alınması və saxlanılması” maddəsi ilə cinayət işi açılıb.

Məlumata görə, martın 11-də təxminən 14:30 radələrində Ayiayir prospektində yerləşən 117 yaşlı evdə 1978-ci il təvəllüdlü Viktor Canba ailə-məişət mübahisəsi zəminində odlu silahdan atəş açaraq 1987-ci il təvəllüdlü, azərbaycanlı Gülgəz Məmmədovanı qətlə yetirib.

Qeyd edək ki, 24 iyul 2015-ci il tarixində Suxumi şəhər məhkəməsi Gülgəz Məmmədovanın Viktor Canbaya qarşı qaldırdığı iddianı təmin edib. Həmin qərarda cütlüyün birgə nikahdan olan azyaşlı övladlarının ana ilə qalması qət edilmişdi. (oxu.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 48