Maşın ustasına jurnalist vəsiqəsi verilib – 23 minə ev almaq istəyirmişbackend

Maşın ustasına jurnalist vəsiqəsi verilib – 23 minə ev almaq istəyirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində G.Hüseynovun cinayət işi üzrə məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edib.

Məhkəmədə Kərəm Quliyev şahid qismində ifadə verib. O, zərərçəkmişlərdən Mehriban İmanovanın əmisidir:

\”Bacımın qızı Mehriban ev alırdı. Qohum olaraq da kömək etdik. Mən və qardaşlarım pul verdik. Amma evin kimdən alındığını, pulu kimə verdiyini bilmirdik. Anam xahiş etdi deyə biz də kömək etdik. Anam mənə demişdi ki, jirnalistlər üçün tikilən evlərdəndir\”.

Digər şahid də zərərçəkmiş Mehriban İmanovanın əmisi Maqsud Quliyev ifadə verib. O da qardaşı kimi eyni məzmunlu ifadə verib.

\”Bacım qızına cəmi 2500 vermişik. Borc verməmişdik. Ev alırdı, biz də kömək məqsədi ilə verdik. Amma pulu kimə verdiyini bilmirəm\”- deyə şahid bildirib.

Şahid Zamiq Nuriyev də məhkəmədə ifadə verib. O söyləyib ki, zərərçəkmiş Mehriban İmanova xanımımın bacısıdır: \”Baldızım ev alanda köməl etdik. Amma evi haradan aldığını, kimdən aldığını bilmirəm\”.

Məhkəmədə zərərçəkmiş qismində Natiq Quliyev də ifadə verib. O, maşın ustası işlədiyini və Gündüz Hüseynova 23 min manat verdiyini söyləyib: \”Dostum Arifin vasitəsi ilə tanımışam. Maşın ustası işləyirdim. Maşınımı satırdım. Arifdə dedi ki, belə bir imkan var ki ev alaq. Mən də fikirləşdim ki, maşındandısa, ev almaa vacibdir. 18 minə maşını satdım, qalanını da qayınatamdan aldım. Cəmi 23 min manatı Gündüzün ofisində şəxsən özünə vermişəm. Amma nə pul ala bildim, nə də ev\”.

Zərərçəkmiş söyləyib ki, Gündüz Hüseynov ona \”Zaman press\” qəzetinin vəsiqəsini də verib. Amma jurnalist kimi fəaliyyət göstərməyib.

İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.

Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.

Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib. (musavat)

İnterpress.az