Taciklər məcburi idman edəcəklər-Prezidentdən ŞOK SƏRƏNCAMbackend

Taciklər məcburi idman edəcəklər-Prezidentdən ŞOK SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistanın gənclər və idman məsələləri üzrə komitəsinin sədri Axtam Abdullazadə bəyanat verib.

“Tacikistan prezidentinin icra aparatı ilin sonuna kimi hər şənbə bütün şəhər və rayonlarda səhər idmanının keçirilməsi haqqında tədbirlər planını təsdiq edib”deyə komitə sədri bildirib.

Komitə sədrinin sözlərinə görə, şənbə günləri səhər idmanının təşəbbüskarı məhz Tacikistan prezidentidir.

Ötən şənbə səhər idmanına Tacikistan bütün dövlət qurumları, idarələri və təşkilatlarının işçiləri məcburi cəlb olunub.

Qeyd edək ki, yanvar ayından etibarən Tacikistan prezidentinin göstərişi ilə dövlət qurumları, idarələri və təşkilatlarının işçilər məcburi qaydada səhər idmanı, kros və üzgüçülüklə məşğul olur.

İnterpress.az