Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Polad Bülbüloğlu Putinə dəstək aksiyasında iştirak etdi — FOTO

“Azərbaycan xalqının istəyi Rusiyada hər şeyin yaxşı olması və bu ölkənin uğurla inkişaf etməsidir”.

Dərc edilib: 13 mart 2018 [20:59]
Baxış sayı: 17448

İnterpress.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva Dövlət Humanitar İqtisad Universitetində təşkil olunmuş Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək aksiyasında bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsindən danışan diplomat iki ölkə arasında bütün sahələrində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: "Bu il həm Azərbaycanda, həm də Rusiyada seçki ilidir. Bizim ölkələrimizdə siyasi atmosferi ənənəvi olaraq prezidentlər yaradır. Seçki həm Rusiya, həm də Azərbaycan üçün yeni hadisədir. 27 il tarix üçün kiçik müddətdir. Müddət keçdikcə, insanlar seçkilərdə iştirak etməyin vacibliyini vətəndaşlıq borcu kimi dərk edirlər. Rusiya mənim üçün yad ölkə deyil. Ömrümün, cavanlığımın böyük bir hissəsi Moskvada keçib. Ona görə də, hamını seçkilərdə iştirak etməyə çağırmağı özümə borc bilirəm. Əminəm ki, müdrik Rusiya xalqı düzgün seçim edəcək".

Universitetin rektoru Vaqif Bayramov isə çıxışında ölkə üzrə seçicilərin çoxluğunu gənclərin təşkil etdiyini söyləyib: "Universitet tələbələri arasında ilk dəfə prezident seçkilərində səs verəcək gənclər var. Onlar seçkidə iştirak edərək öz gələcəklərinə səs vermiş olacaqlar".
Konfransda çıxış edən Vladimir Putinin seçkilərdəki səlahiyyətli nümayəndəsi, professor Sergey Kandıboviç bu il keçiriləcək prezident seçkilərində 7 milyon gəncin ilk dəfə səs verəcəyini söyləyib.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev gənclərin seçkilərdə iştiraka hazırlığının vacibliyini vurğulayıb. O, AMOR üzvü olan gəncləri seçkilərdə iştiraka və Vladimir Putinə səs verməyə çağırıb.

Daha sonra universitetin tələbələri məruzələrlə çıxış ediblər.

Polad Bülbüloğlu Putinə dəstək aksiyasında iştirak etdi — FOTO


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47