Rəşid Mahmudov israilli həkimin cavabını verdi – AÇIQLAMAbackend

Rəşid Mahmudov israilli həkimin cavabını verdi – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elə peyvəndlər var ki, onu vurdurmaq mütləq lazımdır. Eləsi də var ki, o peyvəndləri uşaq yaşlarında insanlara köçürülməsi lazım deyil. Müəyyən qədər inkişaf etdikdən sonra, uşağın zəif vaxtında vurulması məsləhətlidir. Amma uşağın zəif vaxtı, lap kiçik yaşında peyvənd vurulmasının əleyhinəyəm. Müəyyən bir yaş dövründən sonra, təxminən, 6 yaşdan sonra uşaqlara peyvənd vurdurmaq lazımdır. Çünki çox qorxuludur”.

Bu fikirləri israilli həkim Lev Levitin peyvənd vurulmasının ziyanlı olduğu iddiasına cavab olaraq Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov İnterpress.az-a açıqlamasında bildirib.

R.Mahmudov qeyd edib ki, hər bir mikrobun toksinləri var. Mikrob gözügörünməz zərrəcikdir: “Düşünürsən ki, həmin zərrədən də kiçik mikrob bu boyda bədənimizə nə edə bilər? Amma unutmamalıyıq ki, bizim səthi yanaşdığımız həmin mikroblar bədənimizə elə bir zəhər buraxır ki, o zəhəri zərərləşdirmək üçün toksinlər vurulur. Ki, bədən yavaş-yavaş güclənsin və öz-özünə anti-toksin hazırlayır”.

R.Mahmudovun sözlərinə görə, yeni doğulan körpəyə, az yaşlı uşaqlara Heptatit-B virusuna qarşı peyvəndlərin vurulması mənasızdır: “Çünki, Hepatit-B qan vasitəsilə yoluxulur. Həmin vaksini körpələrə vurulması birmənalı şəkildə qadağan olunmalıdır. Çünki, əgər uşağın qana ehtiyyacı olarsa belə, qan köçürülməsi zamanı, ona köçürüləcək qanın Heptatit-B virusunu daşıyıb-daşımadığı əvvəlcə müəyyənləşdirilməlidir. Eyni zamanda, Hepatit daşıyıcsı donor ola bilməz, bu, bütün tibb aləəmində təsdiq edilmiş fikirdir. Bir halda ki, Hepatit daşıyıcısı donor ola bilməz, o zaman, o virus əleyhinə peyvənə nə ehtiyyac var?”.

O, həmçinin, yeni doğulan körpələrə hepatit əleyhinə peyvəndlərin vurulmasının sonradan sağlamlığıa ciddi zərərlər törədə biləcəyini vurğulayıb. Bildirib ki, ümumiyyətlə, maximum, uşağın dişləri çıxandan sonra uşağa peyvənd köçülüməsini həyata keçirmək lazımdır.

R.Mahmudov, həmçinin, bildirib ki, məhz peyvənd nəticəsində hazırda dünyada çiçək xəstələyi mövcud deyil: “1982-ci ildən çiçək xəstəliyinə yoluxma ehtimalı bütün dünyada yoxa çıxdı. Bu xəstəlik elə-belə öz-özünə aradan getmədi. O yoluxucu xəstəlik peyvənd nəticəsində aradan götürüldü. Hazırda yalnız Konqoda bir meşə massivində yaşayan meymunlar çiçək xəstəliyinin daşıyıcılarıdır. Ona görə də, Ümumdünya Səhiyyə Təşkilatı həmin meşəni nəzarətə götürüb və mütəmadi olaraq, çiçək xəstəliyinin meşədən kənara sızmaması üçün tibbi tədbirlər görülür”.

Qeyd edək ki, İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit uşaqlara peyvənd vurulmasının ziyanlı olduğunu bildirib. O, iddia edib ki, uşaqlara köçürülən peyvəndlərin heç bir faydası yoxdur. O, hətta valideynlərə uşaqlarına peyvənd vurulmaması üçün hiylə işlətmələrini məsləhət görüb və qeyd edib ki, ilk peyvənddən sonra klinikaya gedib, uşağınızın qıcolma keçirdiyini, uzun müddət hərarətinin düşmədiyini söyləyir, şikayət edirsiniz. Sizə xüsusi sənəd verilir ki, uşağınıza vaksin vurmaq təhlükəlidir. Bu sənəd əlinizdə olandan sonra heç bir təhsil müəssisəsinın övladınızı qəbul etməmək şansı yoxdur. Bununla peyvəndlərdən canınızı qurtarırsınız.

İnterpress.az

Səid Qərib