Dünya liderləri Bakıya gəlirbackend

Dünya liderləri Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə virtualaz.org-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Forumun işində, həmişə olduğu kimi, dünya liderləri, hazırda vəzifədə olan və sabiq prezidentlər, baş nazirlər və xarici işlər nazirləri, həmçinin nüfuzlu ictimai xadimlər və siyasətçilər iştirak edəcəklər. Yeri gəlmişkən, onların arasında Albaniya, Makedoniya və Moldova prezidentləri – İlir Meta, Qeorqe İvanov və İqor Dodon, Bosniya və Herseqovina Ali Şurası Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin baş naziri və Xarici İşlər Nazirliyinin başçısı – Binali Yıldırım və Mövlud Çavuşoqlu, Fələstin baş nazirinin müavini Ziad Əbu Əmr, Bosniya və Herseqovina baş nazirinin müavini Mirko Şaroviç, Rumıniya baş nazirinin müavini Ana Birçall və başqaları var. Tədbirdə bütovlükdə təxminən 500 qonağın iştirakı gözlənilir.

Açılış mərasimində İtaliya prezidenti Sercio Matarellinin, Böyük Britaniyanın baş naziri Tereza Meyin və BMT-nin baş katibi Antoniu Quterrişin müraciətləri oxunacaq.

\”İnklüziv cəmiyyətlərin yaradılması üçün ziddiyyətlərin eyniləşdirilməsi\” probleminə həsr ediləcək Forumda dünyada və Yaxın Şərqdə təhlükəsizlik, Balkan regionunda mövcud geosiyasi vəziyyət, ictimai-siyasi həyatda gənclərin artan rolu və başqa məsələlər müzakirə ediləcək.

Forumun panel müzakirələrində Azərbaycan prezidentinin xarici siyasət və ictimai-siyasi məsələlər üzrə köməkçiləri Novruz Məmmədovun, Əli Həsənovun, baş nazirin müavini Əli Həsənovun, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovun çıxışları gözlənilir.

Forum çərçivəsində martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans təşkil ediləcək.

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlı konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Konfransda ABŞ, Kanada, Braziliya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən çox alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.

Martın 18-19-da isə VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres kitabxanası və Misirin İsgəndəriyyə kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək ənənəvi Kitab Sammitində milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, onların gələcəyi müzakirə olunacaq.

Sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Mavriki və Makedoniya respublikalarının prezidentləri, ABŞ Konqresi kitabxanasının nümayəndəsi, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar iştirak edəcəklər.

İnterpress.az