“Bu, ümumiyyətlə, həyasızcasına bir yalandır” – Millət vəkilibackend

“Bu, ümumiyyətlə, həyasızcasına bir yalandır” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda “Kürd Gənclər Birliyi” yaradıb özlərinə tərəfdar toplamaq istəyənlər getsinlər özlərinin Kürdüstanında belə bir təşkilat yaratsınlar. Gedib Afrində yaratsınlar bu təşkilatlarını. Azərbaycanda, ümumiyyətlə, belə bir təşkilatın yaradılması yolverilməzdir. Azərbaycan türk torpağıdır”.

Bu fikirləri İnterpress.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycanda “Kürd Gənclər Birliyi” adlı təşkilatın fəaliyyətinə münasibət bildirərkən deyib.
Millət vəkili Azərbaycanın hər hansısa şəkildə Türkiyə ilə münasibətlərinin pozulmasına cəhd edən hər bir şəxsi anında susdurmasının zəruri olduğunu vurğulayıb: “Ona görə də, bu cür kompaniya aparmaq cəhdi və Azərbaycanın adından istifadə edərək qardaş dövlətlərin münasibətlərinin korlanmasına çalışanlara biz heç bir halda yol verməyəcəyik”.

F.Mustafa “Kürd Gənclər Birliyi” adlı qondarma təşkilatın sədri kimi özünü təqdim edən Nicat Cəbrayılovun Afrində Türkiyənin soyqırım törətməsi iddiasına cavab verib:
“Bu, ümumiyyətlə, həyasızcasına bir yalandır. Əgər, Afrində Rusiyanın və Amerikanın hücumu olsaydı, sivillərin hansı vəziyyətdə olacağını görəcəkdilər. Türkiyənin Afrində gedən əməliyyatları zamanı heç bir mülki şəxs xəsarət almır. Türkiyənin soyqırım törətmək fikri olsaydı, bu qədər ləngiməzdi. Elə Afrinə girən kimi birbaşa oranı bombalayıb hamısını sıradan çıxarardı. Ona görə də, bu tamamilə, ağ yalandır və heç bir əsası yoxdur. Bunun arxasında duranlar isə, təbii ki, Azərbaycan əleyhinə olan qüvvələrdir”.

Millət vəkili, eyni zamanda, Türkiyənin Afrin əməliyyatlarına dəstək verdiyini bildirib: “Biz də Türkiyənin Afrin əməliyyatını bütün Azərbaycan xalqı olaraq dəstəkləyirik və bundan sonra da istənilən formada dəstək verməyə tam hazırıq”.

F.Mustafa “KGB”-nin Azərbaycanda yaradılmasını ölkəmiz üçün təhlükə hesab etməyib. O bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları bunun qarşısını alacaq: “Çünki, Azərbaycanın hüquq-mühafizə orqanları bunların fəaliyyətlərinin qarşısını istənilən anda ala bilərlər. Ona görə də, ictimailəşdirmək lazımdır ki, bu cür ünsürlər hər hansı bir şəkildə dövlətimizin maraqlarına zidd fəaliyyət göstərə bilməsinlər. Heç zidd fəaliyyət göstərə də bilməzlər, çünki Azərbaycanın hüquq-mühafizə orqanları onların ölkəmizə qarşı hər hansı təxribat fəaliiyətləri ortaya qoyulan kimi dərhal qarşısını alacaq. Və heç bir halda, türkiyə ilə münasibətlərimizi pozacaq addımlar atan qüvvələrə rəvac verə bilmərik”.

Qeyd edək ki, Azərbaycanda yaradıldığı iddia olunan “Kürd Gənclər Birliyi”nin Türkiyə ilə Azərbaycanın münasibətlərinin pozulmasına xidmət edən ideoloji kompaniya apardığı haqqında mətbuatda məlumat yayılıb. Amerikadan idarə olunan birliyin Azərbaycanda da xeyli tərəfdaş topladıqları qeyd olunub. Bildirilir ki, \”KGB\”-nin əsas ideologiya xətti türkçülük əleyhinə kompaniyalar aparmaq və Azərbaycanla Türkiyənin mədəni, iqtisadi, siyasi əlaqələrinin kəsilməsini təmin etməkdən ibarətdir. Hər iki ölkədə təxribat xarakterli hadisələri törətmək təşkilatın nizamnaməsində qeyd olunan görüləsi işlərdən biri olduğu vurğulanıb. Həmçinin, sözügedən təşkilatın kürd əsilli türkiyəli iş adamı tərəfindən maliyyələşdirildiyi bildirilib. Eyni zamanda, bir neçə şirkət rəhbəri kürd təşkilatına sponsorluq etdiyi qeyd olunub. Onların arasında çoxlu sayda Türkiyə vətəndaşlarının olduğu vurğulanır. İddiada təşkilatın Azərbaycan nümayəndəliyinin PKK ilə sıx əməkdaşlıq etdiyi göstərilir. Hətta onların paytaxt Bakıda icarəyə götürdükləri ofisdə öz siyasi ideoloji planlarını azərbaycanlı nümayəndələri ilə birlikdə həyata keçirdikləri vurğulanır.

İnterpress.az

Səid Qərib