Taksi sürücüsünü döyən polis əməkdaşı saxlanıldıbackend

Taksi sürücüsünü döyən polis əməkdaşı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.

Belə ki, “Beqovaya” metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan sürücü ilə polis əməkdaşı arasında mübahişə yaranıb. Mübahisəyə səbəb kimi, taksi sürücüsünün avtomobilini park etməsi olub. Mübahisə sonradan davaya çevrilib və polis əməkdaşı taksi sürücüsünü yumruq zərbələri ilə yerə yıxıb.

Üz nahiyəsindən xəsarət alan sürücü dərhal xəstəxanaya yerləşdirilib.

Rusiya DİN-dən verilən məlumatda polis əməkdaşının mübahisə zamanı xidmətdə olmadığı bildirilib.

Polis əməkdaşı saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

İnterpress.az