Afrindən sonra Şimali İraqda da antiterror əməliyyatlarına başlayacağıq – Ərdoğanbackend

Afrindən sonra Şimali İraqda da antiterror əməliyyatlarına başlayacağıq – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti bildirib ki, bu günün sonuna qədər Türkiyənin Afrində keçirdi antiterror əməliyyalatının başa çatdığı gözlənilir: \”Hərbçilərimizin Afrində keçirdiyi əməliyyatı nəticəsində 3444 terrorçunu zərərsizləşdirə bildik\”.

R.T.Ərdoğan Afrində Türkiyə hərbçilərinin istifadə etdiyi silahlardan da danışıb: \”Afrindəki anterror əməliyyatında əsgərlərimizin isifadə etdiyi silahların 65 faizi Türkiyə istehsaldır. Bu rəqəm qarşıdakı illərdə daha da artacaq\”.

O, qeyd edib ki, Afrində döyüş əməliyyatlarını bitirdikdən sonra Suriyanın Menbic bölgəsi, Fəratın şərq sahilləri, o cümlədən İraqın şimalını ağuşuna alan terrorçularla da mübarizə aparacaq: \”Biz Afrini də, Membici də, Fərat çayının şərqini də terrorçulardan azad edcəyik. Yaxın vaxtlarda həmin əraziləri də tamamilə terrorçulardan təmizləyəcəyik\”.

\”Bizim niyyətimiz işğal etmək deyil, niyyətimiz göz qabağındadır. Biz müsəlman torpaqlarını terrorçulardan təmizləməyə çalışırıq. Ki, oaradakı sivil insanlar rahat yaşasınlar. Biz insanların rahatlığını təmin etmək üçün çalışırıq\” – deyə, Türkiyə Prezidenti bildirib.

İnterpress.az