Tanınmış futbolçu azarkeşlərin üzünə tüpürdübackend

Tanınmış futbolçu azarkeşlərin üzünə tüpürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, C.Karrager Premyer Liqanın XXX turunda “Old Trafford”da “Liverpul” ilə “Mançester Yunayted”in qarşılaşmasından sonra meydan sahiblərinin azarkeşlərini təhqir edib. O, azarkeşlərin üzünə tüpürüb.

Bundan sonra, etdiyi bu əməlindən peşiman olan C.Karrager hər kəsdən üzr istəyib. Amma buna baxmayaraq, o, bu hərəkətinə görə, ekspert kimi çalışdığı “Sky Sports” telekanalından kənarlaşdırılıb.

Qeyd edək ki, C.Karrager 1996 – 2013-cı illərdə “Liverpul”un heyətində oynayıb.

İnterpress.az