ABŞ səfirliyi Azərbaycanın notasına cavab verdibackend

ABŞ səfirliyi Azərbaycanın notasına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, səfirlikdən Sputnik Azərbaycan-a məlumat verilib:

\”ABŞ-ın Dağlıq Qarabağa aid mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan da de-fakto Dağlıq Qarabağ rejimini tanımır.

Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının – güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Yekun Aktı prinsipləri — gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək\”.

Xatırladaq ki, mart ayının 12-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona qondarma \”Dağlıq Qarabağ Respublikası\”nın rəhbəri Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar etiraz notası təqdim olunub.

İnterpress.az