“Gələcəkdə bunların övladları utanacaqlar” – MİLLƏT VƏKİLİbackend

“Gələcəkdə bunların övladları utanacaqlar” – MİLLƏT VƏKİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çünki, bir şəxs hakimiyyətə müxalif ola bilər, amma dövlətinə müxalif ola bilməz. Cəmiyyət bu kimi insanların pis nümunə olduqlarını görməlidir. Bunların bu addımı heç bir şəxsə nümunə ola bilməz. Çünki, gələcəkdə bunların övladları bu addımlara görə müəyyən dərəcədə utanacaqlar”.

Bu fikirləri millət vəkili Fazil Mustafa İnterpress.az-a açıqlamasında xarici ölkələrdə yaşayıb Azərbaycan əleyhinə çıxışlar edən azərbaycanlılar haqqında münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Azərbaycanın əleyhinə çıxış etmək tamamilə yolverilməzdir: “Kimsə, hakimiyyətə müxalifətdə ola bilər. Siyasi baxışlarına görə, qəbul etməyə bilər. Konstitusiyada da göstərildiyi kimi, tənqid etmək hüququna sahibdirlər. Bütün qanunlarda da var. Amma hər hansısa bir şəkildə təhqirə, söyüşə yol vermək nə bir azərbaycanlıya yaraşan hal deyil, nə də, milli mənəviyyata uyğun hal deyil. Ona görə də, bunu birmənalı şəkildə qınayıram”.

Millət vəkili xarici ölkələrdə yaşayan azərbaycanlıları dövlətimizin inkişafına köməklik etməyə çağırıb: “Hesab edirəm ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha çox Azərbaycanın inkişafına, tanıdılmasına və Azərbaycanın müəyyən dərəcədə problemlərini dünya arenasına çıxarılmasına köməklik göstərməlidir. Amma yenə də, əgər, bir şəxs müxalif siyasi baxışına sahibdirsə, o zaman ancaq mədəni tənqid formasından istifadə etməyi bacarmalıdır. Ona görə də, hər hansı bir söyüş və təhqir olmadan tənqid varsa, buna irad bildirmək doğru deyil. Ammma təhqir varsa, söyüş varsa, bu, artıq heç bir ədəb normasına sığmır və buna qarşı da cəmiyyətimiz etirazlar bildirə bilər”.

İnterpress.az

Səid Qərib