“Bakirəliyi bərpa edən həkimlər….” – Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQbackend

“Bakirəliyi bərpa edən həkimlər….” – Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna görə də, bakirəliyi pozulan bəzi xanımlar \”bakirəliyi bərpa” etmək üçün həkimə üz tuturlar. Bəs buna rəsmi olaraq icazə verilirmi? Qanunvericilikdə bu yolveriləndirmi?

Hətta sosial şəbəkələrdə mama-ginekoloq Ramilə Abbaszadə adlı həkim \”bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklam da yerləşdirib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sualımızı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovaya ünvanladıq.

Baş mama-ginekoloq Unikal.org-a bakirəliyin bərpasının qanunsuz olduğunu bildirib:

\”Rəsmi olaraq bakirəliyin bərpası qanunvericilik tərfindən qadağan edilir. Onu edən həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu cinayətdir, qanunvericiliyə ziddir”.

S.Məmmədova bu yaxınlarda cərrah, mama-ginekoloq Ramile Abbaszadə adlı həkimin \”bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklama da münasibət bildirib:

\”Hesab edirəm ki, onunla hüquq mühavizə orqanları məşğul olmalıdır. Elə, bu tipli reklamlar yolverilməzdir və qeyri-qanunidir. Onun reklamını ictimailəşdirənlər də ciddi nəzarətdən keçməlidirlər.

Onlar bilməlidirlər ki, hansı reklamı yayımlamaq olar, hanısnı yox. Bu qeyri-qanunidir. O həkimlər də qanun qarşısında cavab verməlidir\”. ( big.az )

İnterpress.az