DTX əməliyyat keçirdi — 1 nəfər həbs edildibackend

DTX əməliyyat keçirdi — 1 nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DTX-nın İctimai əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb edilmişlər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülmüşlər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

İnterpress.az