“GÜNƏŞ” HAZIRLAYIRIQbackend

“GÜNƏŞ” HAZIRLAYIRIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün bizə lazım olacaq:

Un – 2 kq
Yumurta – 2 ədəd
Qarğıdalı yağı – 200 ml
Sulu maya – 30 qr
Duz – 40 qr
İçlik üçün:

Un – 400 qr
Zirə – 50 qr
Qərənfil – 10 qr
Razyana – 50 qr
Sarıkök – 10 qr
Duz, istiot
Kərə yağı – 150-200 qr
Yumurta – 1 ədəd
Arasına vurmaq üçün əridilmiş kərə yağı – 1 kq
Bəzək üçün zirə – 20-30 qr
Üzərinə vurmaq üçün yumurta – 1 ədəd

Əvvəldən deyək ki, qoğal bişirmək elə də asan deyil, ancaq çox dadlıdır. Onsuz bayram süfrəsi olmaz. Siz qoğalın günəşi təmsil etdiyini bilirdiniz? Beləliklə, əgər siz evinizə istilik və günəş gətirmək istəyirsinizsə, səbrli olun və başlayın:

Əvvəlcə xəmiri hazırlayırıq: yuxarıda sayılanlara isti su əlavə edirik, xəmir yoğururuq, üzərini örtüb, otaq temperaturunda 1 saat saxlayırıq. Xəmiri 12 dairəvi formaya bölürük.

İçlik üçün unu tavada 5 dəqiqə quruduruq. Sonra ədviyyələri və digər inqrediyentləri əlavə edirik, əlimizlə yaxşıca qarışdırırıq. Sərt və əldə ovulan bir içlik alınmalıdır. Duza qənaət etməyin.

Qoğalı belə hazırlayırlar: ayırdığımız dairəvi formaları elə açırıq ki, çox incə bir üzündən digər üzü görünən bir qat alınsın, bir qatı digərinin üzərinə qoyuruq, hamısını yağlayırıq. Sonuncu qatı yağlamayın.

12 qatdan ibarət alınmış xəmirdən iti bıçaqla 4-5 sm enində zolaqlar kəsirik, boru şəklində bükürük və çeviririk. Yan tərəfdəki zolaqları kəsmirik, ikinci və üçüncüləri yarıya, orta zolaqları isə 3 hissəyə bölürük. Böyük barmağımızla borunun ortasında bir dərinlik açırıq, bir çay qaşığı içlik qoyuruq və bağlayırıq. Hər iki tərəfdən əlimizlə basıb yastılayırıq.

15-20 dəqiqə sonra qoğalların üzərinə yumurta vururuq, zirə səpirik və 20 dəqiqəlik 200 dərəcə qızdırılmış sobaya qoyuruq. Qoğallar pişənə qədər kəklikotulu çay dəmləyin və limonu da unutmayın. Nuş olsun! (Baku Afisha)

İnterpress.az