Qrant ilə müxalifətçilik edən “maska”lılarbackend

Qrant ilə müxalifətçilik edən “maska”lılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədən qaçaraq Avropada Azərbaycan əleyhinə çıxış edənlərin iç üzü yavaş-yavaş açılır. Amerika və Qərbin puluna satılmış bu şəxslər Azərbaycan xalqını təhqir etməkdə davam edirlər. Bu cür şəxslərin ölkədən çıxıb getmələri, həqiqətən də, yaxşı addımdır. Çünki, dövlətini və xalqını təhqir edən azərbaycanlının damarlarında hətta tibb elminə də məlum olmayan qan axır. Görəsən, bu qanın tərkibində nə var ki, adam öz millətini, öz dövlətini xarici bir ölkədə alçaltmaqla şərəf hissi duyur. Cavab çox sadədir, bu qanın tərkibində elə maddələr var ki, pul görəndə və sahibinin yad düşmənlərə satıldığını hiss edəndə laxtalanmağa başlayır.

Məhz, bu cür şərəfini, ləyaqətini Qərbin və Avropanın, eləcə də, Amerikanın puluna satmış ünsürlər xarici ölkələrdəki Azərbaycan səfirliklərinin qarşısında aksiya keçirib dövlətimizi, xalqımızı növbəti dəfə təhqir ediblər.
Amerikadakı Azərbaycan səfirliyinin önündə qışqıraraq dövlətçiliyimiz əleyhinə aparılan kompaniyanın iştirakçıları olan bir qrup təxribatçı bu dəfə də vətənini alçaltmağa cəhd göstəriblər. Ən maraqlısı odur ki, aksiya iştirakçıları üzlərinə maska keçirərək söyüş dolu ifadələrini dilə gətiriblər. Onların üzlərinə maska keçirmələri riyakarlıqlarından irəli gəlir. Bəli, bu maska onların əsl üzlərini göstərir. Maskanın üz qabığı yadplanetli məxluqlar təəssüratını yaradır.

Əllərində Amerikanın bayrağını dalğalandıran bu maskalılar niyyətlərini açıq-aşkar büruzə verməkdən yayınmayıblar. Onlar bu hərəkəti ilə hansısa xarici qüvvələr tərəfindən və həmin qüvvələrin maliyyə dəstəyi ilə həyata keçirdiklərini nümayiş etdiriblər. Azərbaycana qarşı söyüş dolu təhqirlər yağdıran bu ünsürlər utanmazcasına bunu mübarizə adlandırırlar.

Həmin təxribatçı qrupun aksiyadan sonra Azərbaycan himnini səsləndirmələri əhəmiyyətsiz hesab etdikləri dövlətin atributuna sonda yer verməklə dövlətə bağlı olmadıqlarını açıq-aşkar nümayiş etdiriblər. Çünki, vətənini, dövlətini və millətini sevdiyini iddia edən şəxs dövlətin atributu hesab olunan himni söyüşdən sonra dilə gətirməməli idi. Söyüşü birinci deyib, himni ikinci deyən şəxs vətənin, dövlətin düşmənidir.
Həmin təxribatçı qrupun anti-Azərbaycan kompaniyasının təşkilatçısının isə Leyla Yunus olduğu deyilir. Hətta L.Yunus həmin təxribatçı ünsürlərə Azərbaycan xalqını söydürməsi üçün müəyyən qüvvələrdən 94 min EURO qrant aldığı bildirilir. Məsələ burdan aydın olur ki, pula görə şərəfini və ləyaqətini satan bu ünsürlər burada hürən it rolunu oynayırlar. Lətifəsi bunlara yaxın, təsəvvür edin, bir itə sümük göstərib kiminsə üstünə hürdürürsən. Bunların da, aksiya keçirərək dövlətimizi və millətimizi təhqir etmələri buna bənzəyir.
Azərbaycanı ləkələmə kompaniyasını başladan düşmənə satılmış maskalılar utanmazcasına bu aksiyanı vətənpərvərlik aksiyası adlandırırlar. Görünür, onların vətənpərvərlik anlayışı pula satılmaqdan ibarətdir. Vətənpərvərliyi satışa qoyan anti-milli ünsürlər, yəqin ki, biznes fəaliyyətlərini genişləndirmək niyyətindədirlər.

Toğrul Allahverdili
İnterpress.az