Bako Saakyan Konqresdə qəbul edilibbackend

Bako Saakyan Konqresdə qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçı lider Konqresin xarici əlaqələr komitəsinin bir qrup üzvü ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsini aparıb.

Konqresdə həmçinin Qarabağ hərəkatının 30 illiyinə həsr olunmuş qəbul keçirilib.

1988-ci ilin fevralında Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

Bako Saakyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 2007-ci ilin iyul ayından separatçı rejimə başçılıq edir. (novator.az)

İnterpress.az