Cəlilabad sakinin maşınını həyətində yandırdılarbackend

Cəlilabad sakinin maşınını həyətində yandırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Məmmədov Tofiq Tehraz oğluna məxsus 15-GV-418 dövlət qeydiyyat nişanlı VAZ 21 06 markalı avtomobil naməlum şəxslər tərəfindən yandırılıb.
Avtomobilin gecə saatlarında qəsdən yandırıldığı deyilir.

Avtomobil T.Məmmədova məxsus evin həyətində yandırılıb.

Qeyd edək ki, avtomobil yararsız hala düşüb.

Faktla bağlı Cəlilabad Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az