Qaçqınkom sakinləri məcburi evlərindən çıxarır – TƏCİLİbackend

Qaçqınkom sakinləri məcburi evlərindən çıxarır – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə yataqxana sakini olan məcburi köçkünlər İnterpress.az-a məlumat verib. Sakinlər bildirir ki, onların 3 gün ərzində yataqxanadan çıxmaları tələb olunub. Buna səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilir.

Sakinlərin sözlərinə görə, sözügedən binada 54 məcburi köçkün ailəsi yaşasa da, bu ailələrdən yalnız 27-si çıxarılır. Onlar deyir ki, Nizami RİH-nin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən onların üç gün ərzində evlərindən köçürülməsi tələb olunub.

Məcburi köçkünlər bildirir ki, sakinlərin oradan çıxarılmasını tələb edən qurum rəsmiləri onlara heç bir kompensasiya ödəmədən binanı sökmək istəyirlər. Həmçinin, binadan çıxarıldıqdan sonra sözügedən sakinlərin evlə təmin olunmaları sual altındadır.

Yataqxana sakinləri bina söküldüyü halda onların evlə təmin olunmaları barədə heç bir məlumat verilmir.

Buna görə də, yataqxana sakinləri olan məcburi köçkünlər Prezident İlham Əliyevə müraciət edib. Onlar tezliklə ölkə başçısından problemlərinin həll olunmasını xahiş ediblər.

İnterpress.az