Nazirlər yeni əməkdaşlıq formatını yüksək qiymətləndiriblərbackend

Nazirlər yeni əməkdaşlıq formatını yüksək qiymətləndiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə, Gürcüstan və İrandan olan həmkarları ilə dördtərəfli görüşdə deyib.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze isə bildirib bu, tarixi bir gündür: “Bu, yeni bir formatdır. Bizim çox yaxşı ikitərəfli və üçtərəfli əlaqələrimiz var. Yeni format bizə əməkdaşlığımızı gücləndirməyə imkan verəcək”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu formatın önəmli infrastruktur layihələri – xüsusilə nəqliyyat və enerji sahəsində – həyata keçirməyə imkan verəcəyini söyləyib: “Bu format bizə ticarət dövriyyəmizi artırmağa, ölkələrimizə investisiya yatırmağa imkan verəcək. Növbəti görüşdə konkret layihələrə köklənəcəyik və konkret layihələr barədə danışacağıq”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif digər həmkarlarına müraciətlə deyib ki, bu, sizin başlatdığınız olduqca önəmli təşəbbüsdür: “Bu təşəbbüs bizim maraqlarımıza cavab verir. Yeni nəqliyyat dəhlizi hər iki qitəni birləşdirməyə imkan verəcək. Yeni nəqliyyat dəhlizi ölkələrimizin və xalqlarımızın marağına uyğundur”.

İnterpress.az