BMT baş katibi VI Qlobal Bakı Forumunun keçirilməsinə görə təşəkkür edibbackend

BMT baş katibi VI Qlobal Bakı Forumunun keçirilməsinə görə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müraciəti BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai oxuyub.

BMT baş katibi müraciətində belə bir çətin vəziyyətdə mədəniyyətlərarası dialoqun təşviqi ilə əlaqədar VI Qlobal Bakı Forumunun keçirilməsinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: \”Bizim əsas vəzifələrimizdən biri inklüziv cəmiyyət yaratmaqdır. Hər bir fərdin hüquqlarına, şəxsiyyətinə hörmətlə yanaşmalıyıq. Elmi, texnoloji yeniliklər bugünkü problemlərin həllində mühüm rol oynaya bilər. Dayanıqlı inkişafa töhfələrinə görə Foruma təşəkkür edirəm\”.

İnterpress.az