“Krediti ödəyə bilməyən vətəndaşın mülkiyyəti əlindən alına bilməz” – AÇIQLAMAbackend

“Krediti ödəyə bilməyən vətəndaşın mülkiyyəti əlindən alına bilməz” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan qanunvericiliyinə görə, əgər, kredit götürüb borcunu ödəyə bilməyən vətəndaşın mülkiyyətində bir evi varsa və evini həmin kredit üzrə banka girov qoymayıbsa, vətəndaşın evi əlindən alına bilməz. Bəzən bu cür müştərilərlə rastlaşan bank sahibləri vətəndaşa mənəvi təzyiqlər göstərirlər ki, yaşadığı evi də satıb krediti qaytarsın. Misal üçün, Rusiyada bir müştəri müflis elan olunursa, həmin müştərinin banka olan kredit borcu məbləğindən aslı olmayaraq silinir”.

Bunu İnterpress.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Ekspert qeyd edib ki, qanunda nəzərdə tutulmuş qaydalara görə, heç bir şəxs borcunu ödəyə bilmədiyi üçün həbs olunmamalıdır: “Təəsüflər olsun ki, Azərbaycanda kredit borcuna görə, bəzən müştəriləri həbs edirlər. Bu, qanunsuzdur. Qanuna görə, heç kəs borcunu ödəyə bilmədiyi üçün həbs oluna bilməz. Bunu da ona görə edirlər ki, kredit ödəməkdən yayınan digər müştərilər də qorxsunlar”.

Ə.Həsənovun sözlərinə görə, əgər, iflasa uğrayan müştəri krediti ödəyə bilmirsə, bank tərəfindən onun bütün kredit borcu silinməlidir: “Bank haqqında qanunda deyilir ki, istənilən öhdəlik tərəflərdən aslı olmadan səbəblərdən icra oluna bilmirsə, qalır icrasız. Yəni, mən, əgər, borcumu ödəyə bilmirəmsə, nə etməliyəm? Özümü öldürməliyəm? Ona görə də, həmin borc ödənilmir və icrasız olaraq qalır. Bank istəsə, özü də o borcu silə bilər. Digər halda isə, bank borcunu ödəyə bilməyən müştərini məhkəməyə verə bilər. Məhkəmə də, ən azından, borcu tanıyır. Sonra isə, məhkəmə qərarı icraata göndərilir. İcraçı isə 3 ay ərzində ya müştərinin mülkiyyətində olan əmlakını müəyyənləşdirir və banka təhvil verir. Əks təqdirdə, icraat dayandırılır və borc söhbəti ləğv olunur. Amma bu gün bu məsələlər həlli yolunu bu cür tapmır. Çünki, banklar və icra məmurları müştərilərdən əl çəkmir”.

Ə.Həsənov bank sahəsində yaranan problemlərin kreditlər haqqında da danışıb. O, problemli kreditlərin bank sahiblərinin özləri tərəfindən süni şəkildə yaradılğını deyib: “Azərbaycanda bank sektorunda problemli kreditlərin əksəriyyəti bank sahibləri və menecerləri tərəfindən süni şəkildə yaradılır. Öz yaxınlarına və öz şirkətlərinə kreditləri verirlər. O fikirlə də veriblər ki, pullar getsin və gəlməsin. Faktiki pulları mənimsəyiblər. Bank sahibləri və menecerləri öz yaxınlarına aşağı faiz göstəricisi ilə və girovsuz kredit verdiyi halda, digər sahibkar və adi vətəndaşlara yüksək faizlə girovlu kredit verirlər. Bir müddət sonra isə, yaxınlarına verdikləri kreditin batdığını deyir. Belə olan halda isə, onlar mənimsədikləri pulları vətəndaşlardan əldə etdikləri pul hesabına qismən də olsa, banka qaytarırlar”.

Ekpert hesab edir ki, süni şəkildə yaradılan problemli kreditlərdən əlavə, həqiqi problemli kreditlər də meydana gəlib: “Devalvasiyadan sonra vəziyyət dəyişdi. Çünki, dollarla kredit ödəyən müştərilərin vəziyyəti də çətinləşdi. Onların bir qismi krediti ödəyə bilmədi vəs. Bununla da, təbii problemli kreditlər mövcud olmağa başladı”.

Səid Qərib

İnterpress.az