Avtovağzal gücləndirilmiş iş rejiminə keçirbackend

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gündən başlayaraq martın 27-nə qədər Avtovağzal gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin tam gücü ilə işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

“Hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə, təxminən, 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

İnterpress.az