İlham Əliyev: “Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib”backend

İlham Əliyev: “Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Prezident qeyd edib ki, 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, bu da özlüyündə rekorddur: “Bizim islahatlarımız aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Davosda Dünya İqtisadi Forumunun Qlobal rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutur. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Beləliklə, biz dünyanın ən rəqabətqabiliyyətli 35 ölkəsindən biriyik. Düşünürəm ki, bu, müstəqilliyini cəmi 26 il əvvəl əldə edən ölkə üçün həqiqətən də böyük nailiyyətdir”.

Azərbaycan Prezidenti bildirib ki, Davosda daha bir reytinq inklüziv inkişaf indeksinə aiddir və burada Azərbaycan üçüncü yeri tutur:

“Bizi cəmi 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə qabaqlayır. Bu bizim islahatlarımıza aparıcı beynəlxalq, siyasi və maliyyə institutları tərəfindən verilən qiymətdir. Bizim islahatlarımız yaxşı nəticələr verir. İslahatlar nəticəsində adambaşına düşən birbaşa investisiyalar baxımından aparıcı ölkələr sırasındayıq. Son 15 il ərzində bizim iqtisadiyyatımıza yatırılan investisiyaların ümumi həcmi 230 milyard dollardan çox təşkil edib. Bu məbləğin yarısı xarici investisiyaların payına düşür. Beləliklə, Azərbaycanın siyasəti uğurlu olduğunu artıq sübut edib. Əlbəttə, bu bizə nəinki ölkədə, eləcə də regionda investisiya yatırmağa, regional əməkdaşlıq üçün ən yaxşı platforma yaratmağa imkan verir”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan, əlbəttə, öz enerji ehtiyatları ilə məşhurdur: “Dünyada ilk neft quyusu Azərbaycanda, Bakıda qazılıb. Bu gün Azərbaycan öz enerji potensialını dünyaya açmış ölkədir. Biz xarici neft şirkətlərini Xəzər dənizində işləməyə dəvət etmiş ilk ölkəyik. Artıq 24 ildir davam edən bu əməkdaşlıq bizə və tərəfdaşlarımıza yaxşı nəticələr gətirir”.

İnterpress.az