Milli Şura mitinqdən İMTİNA ETDİbackend

Milli Şura mitinqdən İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, meriya aksiyanın martın 17-də keçmiş \”Məhsul\” stadionunda keçirilməsinə razılıq verib.

AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn isə APA-ya martın 17-də mitinq keçirməyəcəklərini bildirib: \”Biz martın 10-na mitinq təyin edəndən sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Ancaq iki gün sonra əgər martın 10-na razılıq verilməzsə, hər ehtimala 17-si üçün də müraciət etdik. Martın 10-na razılıq verildiyi üçün artıq 17-si mitinq keçirməyəcəyik\”.

Qeyd edək ki, Milli Şura martın 17-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.

İnterpress.az