Badambura belə bişirilirbackend

Badambura belə bişirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram süfrənizə ləzzət qatacaq badamburanın reseptini veririk.

Tərkibi:

400 qr əla növ un

200 qr xama

200 qr badam

1 stəkan şəkər tozu

1 xörək qaşığı şəkər pudrası

60 qr kərə yağı

1 çay qaşığı döyülmüş hil

Zövqə görə duz

Hazırlanması:

Əvvəlcə iç hazırlanır. Təmizlənmiş badam çərəz maşınından keçirilir və şəkər tozu ilə qarışdırılır. Hil dənələri həvəngdəstədə döyülür, içə əlavə edilərək yaxşıca qarışdırılır. Undan və xamadan xəmir yoğurulur. Stolun üstünə qoyaraq 300 qramlıq tikələrə bölünür. Hər xəmir tikəsi kündələnərək 2 mm qalınlığında yayılır, yağlanır və boru şəklində bükülür. Çox böyük olmayan hissələrə bölünərək yenidən yumrulanır və 5-6 mm qalınlığında yayılır. Sonra yayılmış dairənin ortasına iç qoyulur, ortadan bükülür və kənarları birləşdirilir. Sobada 170-180 dərəcə temperaturda 25-30 dəqiqə bişirilir. Hazır məhsul soyudulur və üstünə şəkər pudrası səpilir. (ailəm.az)

İnterpress.az