“Nazilə Səfərli məni oğurluqda günahlandırır”backend

“Nazilə Səfərli məni oğurluqda günahlandırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səni axtarıram” verilişinə gələn Pərvanə qayınanasının onu aldadıb evindən uzaqlaşdırdığını söyləyib. O, keçmiş həyat yoldaşının iki övladına baxmadığını bildirib.

Pərvanə Nazilə Səfərlinin onu təhqir etdiyini və oğurluqda günahlandırdığını söyləyib:

“Mənə İnstaqramda təhqirlər yazır. Məni evin, maşının sənədlərini oğurlamaqda günahlandırır. Məni “erməni” adlandırır. İki əsgər böyüdən anaya bunu necə deyə bilər? Mənim ağlamağıma deyir ki, \”erməni keşişi kimi ağlayır\”. Mənə deyir dərman içir”.

Qeyd edək ki, Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının verilişində şairənin ailəsi haqda qalmaqallı açıqlamalar verib. O, 3 illik həyat yoldaşından boşanmasında baldızlarının və qayınanasının əli olduğunu söyləyib. Pərvanə Nazilə Səfərlidən kömək istədiyini, ama heç bir yardım görmədiyini bildirib. (axşam.az)

İnterpress.az