Baş nazir Artur Rasi-zadə parlamentə hesabat verirbackend

Baş nazir Artur Rasi-zadə parlamentə hesabat verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sədr bildirib ki, gündəlikdə bir məsələ var-hökumətin 17-ci hesabatının Milli Məclisdə dinlənilməsi və müzakirəsi. O.Əsədov daha sonra Azərbaycan üçün sabitlik ili adlandırdğı 2017-ci ilin yekunları ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, keçiriləcək müzakirələrin faydalı olacağını düşünür.

Parlament qarşısında çıxış edən Baş nazir Artur Rasi-zadə ölkənin prezident seçkiləri ərəfəsində olduğunu deyərək son 14 il ərzində iqtisadi inkişafdan bəhs edib. Baş nazir deyib ki, ötən dövrdə orta aylıq əmək haqqı 6,8 dəfə, banklardankı əmanətləri 30 dəfə artıb, həmçinin ölkədə 1 milyon 900 mindən çox yeni iş yeri açılıb. Orta ömür uzunluğu isə 72,4 ildən 75 ilə yüksəlib. “Sözsüz ki, ölkədə dayanıqlı ictimai-siyasi sabitlik, prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi ilə birbaşa əlaqədardır”-A.Rasi-zadə əlavə edib.

İnterpress.az