Türkiyə hökumətinin başçısı Qarabağ qazisi ilə görüşüb – VİDEObackend

Türkiyə hökumətinin başçısı Qarabağ qazisi ilə görüşüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qarabağda gedən döyüşlərdə ayağını və gözünü itirən leytenant Kamil Musəvi Binəli Yıldırımla həmsöhbət olub.

O, Qarabağdakı döyüşlərin birində keşik komandiri olduğunu və ayağından və gözündən ayralandıni bildirib: “Ayaqsız, gözsüz yaşamaq olar, ancaq Vətənsiz mümkün deyil”.

Türkiyənin Baş naziri isə: “Nə qədər ki, bu eşq var heç kim bizə zərər verə bilməz, leytenant Kamil Musəvi!” deyə, bildirib

“Mən Afrinə getmək istərdim”, – deyən Kamil Musəviyə Binəli Yıldırm belə cavab verib: “Qardaşların, böyük qardaşların Afrində dastan yazırlar”.

Leytenant Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək məqsədi ilə videoçarx hazırladığını baş nazirə bildirib. Türkiyə hökumətinin başçısı bundan qürur duyduğunu və izlədiyini bildirib: “İnşallah, bir gün Qarabağ da işğalçılardan təmizlənər”.

Baş nazirlə söhbət zamanı K.Musəvi Çanaqqala savaşı haqqında oxuduğu bir hadisəni danışıb: “Savaş zamanı bir türk hərbçi geyimini cıraraq Fransa əsgərinin yarasını sarıyıb. Türk hərbçi hadisəni dostlarına belə nəql edib: “Mən onun cibində bir qadın fotosu gördüm. Anası olduğunu zənn etdim. Düşündüm ki, anası onu gözləyir. Onu gözləyən var. Ancaq mənim gözləyənim yoxdur. Ona görə də fransız hərbçiyə yardım etdim”. Bu hadisədən xəbər tutan fransız general isə deyib: “Mən belə bir hadisəni nə eşitmişəm, nə də indiyə kimi görmüşəm”.

Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan plaket və təsbeh hədiyə edib.

İnterpress.az